Masazırda taksi sürücüsünə bıçaq çəkib pulunu aldılar
24 yanvar 2024 11:09 (UTC +04:00)

Masazırda taksi sürücüsünə bıçaq çəkib pulunu aldılar

Abşeronda taksi sürücüsünə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Masazır qəsəbəsi ərazisində “Toyota” markalı avtomobildə 2 sərnişinin sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə pulunu talaması barədə polisə məlumat daxil olub. 

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Samir Əmrahov və Cəlilabad rayon sakini Sakit Əkbərov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3882
avatar

Oxşar yazılar