Rusiyanın paytaxtı Moskvada bank əməkdaşı müdirini bıçaqlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Avtozavodskaya küçəsində baş verib. Yaralı qadın hadisə yerindəcə həyatını itirib.
Cinayətkar zərərsizləşdirilərək saxlanılıb. Faktla bağlı qətl maddəsilə cinayət işi açılıb.
Məlumata görə, öldürülən şəxs ölkənin iri banklarından birinin filial rəhbərinin müavini olub. Cinayəti törədən isə bankın işdən çıxarılmış əməkdaşıdır.