Qayınana kürəkənini öldürmək üçün "killer" tutdu
30 sentyabr 2025 11:43 (UTC +04:00)

Qayınana kürəkənini öldürmək üçün "killer" tutdu

0

Rusiyanın Moskva şəhərində 55 yaşlı qadın sifarişli qətl cəhdinə görə saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, keçmiş kürəkənini və onun hamilə arvadını “killer”in köməyi ilə öldürmək istəyib. Cinayətin qarşısı paytaxt İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin müstəntiqləri və əməliyyatçılar tərəfindən alınıb.

Sifarişçi bu ilin avqustunda qətl planını qurub. O, dostları və tanışları arasında qatil axtarışına çıxıb. Onlardan biri qadının niyyətindən hüquq-mühafizə orqanlarına xəbər verib. İki polis əməkdaşı icraçı adı ilə sifarişçi ilə görüşüb. Qadın bildirib ki, qurbanları şəxsən göstərəcək və cinayətin icrası üçün 400 min rubl ödəyəcək.

Əməliyyatçılar telefon danışıqlarında və şəxsi görüşlərdə ona “qətl hazırlığının” necə getdiyini izah ediblər, bundan sonra isə qayınana saxlanılıb.

Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar