İranlı "Hacı"nın 60 kilo narkotikini  Azərbaycana gətirənlər tutuldu - VİDEO
01 iyun 2024 17:41 (UTC +04:00)

İranlı "Hacı"nın 60 kilo narkotikini Azərbaycana gətirənlər tutuldu - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi sonuncu əməliyyat zamanı 60 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, Abşeron rayonu ərazisində keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunan 30 yaşlı Ülvi Məmmədov saxlanılıb. Ondan 32 kiloqram tərkibi psixotrop maddələrlə zənginəşdirilmiş marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs narkotiklərin İran vətəndaşı "Hacı" adlı şəxs tərəfindən Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə göndərildiyini və Sabunçu rayonunda əldə etdiyini bildirib.

Ü.Məmmədovun narkotiklərin qalan hissəsini Abşeron rayonu ərazisində gizlətdiyini qeyd edib. Polisin keçirdiyi təxirəsalınmaz əməliyyat-texniki tədbirlər zamanı narkotikləri gizlədilən yerdən götürən 23 yaşlı İlkin Müseyibov da qısa zamanda tutulub. Bu şəxsdən narkotiklərin qalan hissəsi -  28 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb. 

Hər iki şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Saxlanılanlar ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2892
avatar

Oxşar yazılar