Ermənistanda  "qanuni oğrular"   saxlanıldı
06 iyul 2022 16:14 (UTC +04:00)

Ermənistanda "qanuni oğrular" saxlanıldı

Ermənistanda cinayətkar qruplaşmalara qarşı əməliyyat keçirilib.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. 

Məlumata görə, tutulanların sayı 7 nəfərdir və onlardan ikisi “qanuni oğru”dur.

Qruplaşmaya S.A.O. adlı “qanuni oğru” rəhbərlik edib. O, müxtəlif iş adamlarından hədə-qorxu ilə pul toplamaqda ittiham olunur.

# 2679
avatar

Mehman Nəbiyev

Oxşar yazılar