Bakıda XÜSUSİ ƏMƏLİYYAT: 1 milyonluq kokain  ələ keçirildi - VİDEO
14 mart 2025 17:56 (UTC +04:00)

Bakıda XÜSUSİ ƏMƏLİYYAT: 1 milyonluq kokain ələ keçirildi - VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı paytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb. Ondan 1 kiloqrama yaxın kristalşəkilli güclü təsiredici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadon həbi, eləcə də 178 qram marixuana aşkarlanıb. H.Hüseynov paytaxt ərazisində kokainin satışını təşkil edən əsas şəxs olub. O, ifşa edilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaş kimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb. 

H.Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin, Sabunçu RPİ-nin NMB əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 36 kiloqram narkotik vasitə və əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkarlanıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, “qara bazar”da kokainin 1 kiloqramı 600 min dollar (təxminən 1 milyon manat) qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2782

Oxşar yazılar

ADNA terrorundan 16 il ötür

ADNA terrorundan 16 il ötür

30 aprel 2025 , 16:30
Fotoqraf model sevgilisini boğub öldürdü

Fotoqraf model sevgilisini boğub öldürdü

30 aprel 2025 , 16:00
Bakıda arvad ərini döyüb  xəstəxanalıq etdi

Bakıda arvad ərini döyüb xəstəxanalıq etdi

30 aprel 2025 , 15:22
Qadın qardaşını öldürmək üçün "killer" tutdu  - Mirasa görə

Qadın qardaşını öldürmək üçün "killer" tutdu - Mirasa görə

30 aprel 2025 , 15:18
İrəvanda "qanuni oğru" saxlanıldı

İrəvanda "qanuni oğru" saxlanıldı

29 aprel 2025 , 18:52
Bu ölkənin yeganə "qanuni oğru"su  saxlanıldı

Bu ölkənin yeganə "qanuni oğru"su saxlanıldı

29 aprel 2025 , 17:56
Kişi 5 uşaq anası olan arvadını öldürdü

Kişi 5 uşaq anası olan arvadını öldürdü

29 aprel 2025 , 17:14
İcra hakimiyyətinin yaxınlığında QƏTL

İcra hakimiyyətinin yaxınlığında QƏTL

29 aprel 2025 , 09:17