Bakıda silahlı saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında növbəti əməliyyat tədbiri keçiriblər. Nəticədə əvvəllər məhkum olunmuş 56 yaşlı Yevlax rayon sakini Şakir Şadmanov saxlanılıb.
Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahati alınan Ş.Şadmanov avtomatı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı 29-cu PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib.