Bakıda gecəyarı kişini qarət etdilər
26 iyun 2023 19:20 (UTC +04:00)

Bakıda gecəyarı kişini qarət etdilər

Bakıda kişiyə qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, iyunun 22-də gecə saatlarında Nizami rayonu ərazisində Bakı şəhər sakini V.Hüseynovun mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elçin Süleymanov və Fuad Cəfərzadə müəyyən olunaraq saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2484
avatar

Oxşar yazılar