Noyabrın 9-da saat 17 radələrində Xətai rayonu ərazisində bir nəfərin kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 37 yaşlı Ruslan Əsədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.