Norveç zənginlərə vergi artımı fonunda 2022-ci ildə milyarderlərin və multimilyonerlərin 13 illik rekord axını ilə üzləşib.
Lent.az bildirir ki, bu barədə Norveçin “Dagens Naeringsliv” qəzetinin araşdırmasına istinadən “The Guardian” qəzeti yazıb. Orada deyilir ki, keçən il Norveçi 30-dan çox milyarder və multimilyoner tərk edib.
İndi Norveçdəki super varlılar fiziki şəxslər üçün 1,7 milyon Norveç kronu (162,000 dollar) və ya cütlüklər üçün 3,4 milyon kron (324,000 dollar) dəyərində əmlaka görə 0,7 faiz mülkiyyət vergisi ödəməlidirlər. Bundan əlavə, varlılar fiziki şəxslər üçün 20 milyon kron (1,91 milyon dollar) və evli cütlüklər üçün 40 milyon kron (3,8 milyon dollar) məbləğində aktivlərə görə 0,4 faiz dövlət sərvət vergisi ödəməlidirlər. Əmlak vergisinin maksimal dərəcəsi keçən il 1,1 faiz artıb.
Norveç Biznes məktəbinin fəxri professoru Ole Qems-Onstad hesab edir ki, keçən il vergiyə görə Norveçi tərk edənlərin ümumi sərvəti 600 milyard krondan (57 milyard dollar) çoxdur.
Bir çox norveçli milyarder və multimilyoner İsveçrəyə köçüb. Məsələn, bunu Kell Inqe Rekke edib (o, balıqçılıqdan və dənizdə qazma işlərindən varlanıb). “Forbes” Real-Time onun sərvətini aprelin 10-da 5,1 milyard dollar qiymətləndirib.