“APA-Economics”in məlumatına görə, bu barədə məlumat Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində əks olunub.
Sənəddə 2016-2019-cu illər ərzində qara qızılın baza qiymətinin bu səviyyədə qalacağı proqnozlaşdırılır.
Qeyd edək ki, növbəti il üçün beynəlxalq maliyyə təşkilatlarının proqnozlarını və neftin qiymətindəki qeyri-müəyyənliyi nəzərə alaraq, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün 50 dollar götürülüb.