SOCAR prezidenti Tümenin qubernatoru ilə görüşdü
01 noyabr 2016 22:02 (UTC +04:00)

SOCAR prezidenti Tümenin qubernatoru ilə görüşdü

Noyabrın 1-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Rusiyanın Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SOCAR-ın mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə,  SOCAR prezidenti Azərbaycanın neft-qaz sənayesinin son illərdə əldə etdiyi nailiyyətlər, SOCAR tərəfindən regional və beynəlxalq miqyasda həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib. Azərbaycan və Tümen neftçiləri arasında dostluq əlaqələrinin böyük tarixi keçmişini vurğulayan Rövnəq Abdullayev əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu diqqətə çatdırıb.

 

Vladimir Yakuşev Tümen vilayətinin neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçilərinin rolunu yüksək qiymətləndirib, vilayətdə zəngin neft-qaz yataqlarının Azərbaycanın görkəmli geoloqu Fərman Salmanov tərəfindən kəşf edildiyini bildirib. Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etdiklərini deyən Yakuşev Tümen vilayəti və Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirməkdə, xüsusilə neft-qaz, habelə polimer istehsalı sahəsində bir sıra layihələrdə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.

 

Sonra qubernatoru müşayiət edən müəssisə rəhbərləri təmsil etdikləri strukturların fəaliyyəti ilə bağlı SOCAR rəhbərliyinə məlumat verib və birgə əməkdaşlıqdan məmnun olacaqlarını ifadə ediblər.

 

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar