Prezident İlham Əliyev “Əmanətlərin sığortalanması haqqında” Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 9 fevral tarixli 530 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısı qanunun tətbiqi ilə əlaqədar fərmanında aşağıdakı dəyişiklikləri edib:
1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 2.1.5-1-ci maddəsində “qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası nəzərdə tutulur;
2.3. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirirlər;
2.4. həmin Qanunun 17.2-ci maddəsinin ikinci, üçüncü və dördüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir.”.
2. 3.1-ci bənd ləğv edilsin.