Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv neft hasil edən ölkələrin növbəti görüşü 25-26 noyabr tarixlərində keçiriləcək
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
“Mən nəticədən çox məmnunam, və biz 25-26 noyabr tarixlərində keçiriləcək növbəti görüşə hazırlaşırıq”, - deyə Əliyev qeyd edib.
Qeyd edək ki, bu gün Vyanada OPEK və qeyri-üzv ölkələrin texniki görüşü keçirilib.
Neft hasilatının həcminin məhdudlaşdırılmasına dair yekun qərarın OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşündə qəbul ediləcəyi gözlənilir.