Daha iki dövlət müəssisəsi satışa çıxarıldı
12 dekabr 2016 11:21 (UTC +04:00)

Daha iki dövlət müəssisəsi satışa çıxarıldı

0

 

Əmlak Məsələləri Dövlət Komitəsi daha iki dövlət müəssisəsini satışa çıxarıb. Lent.az komitəyə istinadən xəbər verir ki, 10 yanvar 2017-ci il tarixdə Bakı şəhər Türkan qəsəbəsində yerləşən 48 saylı mağaza və Şamaxı rayonunun Qaleybuğurd kəndindəki yardımçı kənd təsərrüfatı subyekti satışa çıxarılacaq.

 

Bakıdakı mağazanın hərracdakı start qiyməti 12 min, Şamaxıdakı sahənin qiyməti isə 2 min manat müəyyən edilib.

 

Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcək.

 

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 381

Oxşar yazılar