Cahangir Hacıyev “Bank Technique”yə sədr gətirilir - <span style="color:red;">EKSKLÜZİV
15 aprel 2015 17:04 (UTC +04:00)

Cahangir Hacıyev “Bank Technique”yə sədr gətirilir - EKSKLÜZİV

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev “Bank Technique” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə gətirilir.

 

Bu barədə Lent.az-a “Bank Technique”dəki mənbə məlumat verib. Mənbə bildirib ki, yaxın günlərdə Müşahidə Şurasının müvafiq qərarı ilə C. Hacıyev bu vəzifəyə təyin olunacaq.

 

Qeyd edək ki, aprelin 2-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, həmin gün İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən, Bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin sədri C. Hacıyev tutduğu vəzifədən azad edilib.

 

Hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213

Oxşar yazılar