Nazir: ""Formula-1" yarışlarının təşkili ölkəmizin siyasi-iqtisadi sabitliyinin nəticəsidir"
30 mart 2016 18:23 (UTC +04:00)

Nazir: ""Formula-1" yarışlarının təşkili ölkəmizin siyasi-iqtisadi sabitliyinin nəticəsidir"

 

"Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 2015-ci ildə keçirilən I Avropa Oyunlarından sonra Azərbaycanda "Formula-1" yarışlarının təşkili ölkəmizin siyasi və iqtisadi sabitliyinin, beynəlxalq nüfuzunun, böyük tədbir və yarışların keçirilməsi ilə bağlı təcrübəsinin nəticəsidir".

 

"APA-Economics" xəbər verir ki, bunu "The Business Year" jurnalına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda "Formula-1" yarışlarının keçirilməsi idmanın inkişafına mühüm təsir göstərəcək, iqtisadiyyata öz töhfəsini verəcək: "Bundan başqa, ölkənin pozitiv imici ölkəyə uzunmüddətli investisiyaların cəlb olunmasına şərait yaradacaq. Yarışda iştirak edən idmançılar və yarışı seyr edən qonaqların ölkə ilə tanış olmasına imkan yaranacaq, onlar Azərbaycanın uğurlu inkişaf modelini görə biləcəklər".

onomics. "Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. 2015-ci ildə keçirilən I Avropa Oyunlarından sonra Azərbaycanda "Formula-1" yarışlarının təşkili ölkəmizin siyasi və iqtisadi sabitliyinin, beynəlxalq nüfuzunun, böyük tədbir və yarışların keçirilməsi ilə bağlı təcrübəsinin nəticəsidir".

 

"APA-Economics" xəbər verir ki, bunu "The Business Year" jurnalına müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

 

Nazirin sözlərinə görə, Azərbaycanda "Formula-1" yarışlarının keçirilməsi idmanın inkişafına mühüm təsir göstərəcək, iqtisadiyyata öz töhfəsini verəcək: "Bundan başqa, ölkənin pozitiv imici ölkəyə uzunmüddətli investisiyaların cəlb olunmasına şərait yaradacaq. Yarışda iştirak edən idmançılar və yarışı seyr edən qonaqların ölkə ilə tanış olmasına imkan yaranacaq, onlar Azərbaycanın uğurlu inkişaf modelini görə biləcəklər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar