(R)Bank of Baku  məsuliyyətli kreditləşmə siyasətini açıqladı
13 oktyabr 2015 10:13 (UTC +04:00)

(R)Bank of Baku məsuliyyətli kreditləşmə siyasətini açıqladı

İstehlakçıların həddən artıq borclanmasının qarşısının alınması və məsuliyyətli borclanma vərdişlərinin inkişaf etdirilməsi ilə maliyyə sisteminin sabitliyinin qorunması, habelə kredit təşkilatlarına ictimai etimadın yüksəldilməsi və kredit riskinin azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında” Metodoloji Rəhbərlik hazırlanmışdır. Bu Metodoloji Rəhbərliyə əsaslanaraq “Bank of Baku” ASC məsuliyyətli kreditləşmə layihəsi çərçivəsində öz Məsuliyyətli Kreditləşmə Siyasətini hazırlayıb geniş auditoriyaya təqdim etdi.

 

Bank of Baku”-nun təqdim etdiyi siyasət istehlak kreditlərinin verilməsi üzrə məsuliyyətli kreditləşmənin ümumi prinsip, məqsəd və prosedurlarını müəyyən edir. Belə ki, bu siyasətin məqsədi Bankda istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı borcalanların borclanma, maliyyə, şəxsi məsuliyyət və digər göstəricilərini təhlil etməklə müştərilərin həddən artıq borclanmasının qarşısının alınması, borcalanlarda məsuliyyətli borclanma vərdişlərinin aşılanması, maliyyə savadlılığının artırılması,  həmçinin gələcəkdə müştəri məmnuniyyətinin pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir. Bankın təqdim etdiyi reklam daşıyıcılarında istifadə edilən “Kredit Sizi Şah da edə bilər Mat da!” şüarı isə məhz bu siyasət çərçivəsində müştərilərə ödəyə biləcəkləri qədər kreditlərin götürülməsini tövsiyə edir.

 

Bankın Məsuliyyətli Kreditləşmə Siyasəti ilə bu linkdən tanış ola bilərsiniz: http://www.bankofbaku.com/az/mesuliyyetli-kreditlesme/

Bank of Baku-nun məhsul və xidmətləri haqqında daha ətralı məlumatı 145 Məlumat mərkəzindən və bankın rəsmi veb səhifələrindən www.bankofbaku.comwww.facebook.com/bankofbaku  əldə etmək mümkündür.

 
# 237
avatar

Oxşar yazılar

Azərbaycanda benzin ucuzlaşacaq? - QƏRAR

Azərbaycanda benzin ucuzlaşacaq? - QƏRAR

1 mart 2024 , 11:23
"Final" çay Xankəndi – Bakı ultra marafonunu dəstəkləyib

"Final" çay Xankəndi – Bakı ultra marafonunu dəstəkləyib

1 mart 2024 , 11:20
ABB yeni loyallıq proqramı – “Fayda Max”-ı təqdim etdi!

ABB yeni loyallıq proqramı – “Fayda Max”-ı təqdim etdi!

1 mart 2024 , 11:07
Sabah 3 rayonda  qaz olmayacaq

Sabah 3 rayonda qaz olmayacaq

29 fevral 2024 , 19:52
Kapital Bank-dan ilk kreditiniz sərfəli olsun

Kapital Bank-dan ilk kreditiniz sərfəli olsun

29 fevral 2024 , 13:16
Azərbaycanlı iş adamı 9 milyarda  sanatoriya tikir

Azərbaycanlı iş adamı 9 milyarda sanatoriya tikir

29 fevral 2024 , 09:27
"Baku Electronics"dən çoxdan gözlədiyin endirim həmləsi! - VİDEO

"Baku Electronics"dən çoxdan gözlədiyin endirim həmləsi! - VİDEO

28 fevral 2024 , 18:46
İki rayonun  qazı kəsiləcək

İki rayonun qazı kəsiləcək

28 fevral 2024 , 17:09