
(R) "SDL Nobel" xidmətlərinin keyfiyyətini artırmaq üçün istehsal sahəsini yenidən qurub
SDL Nobel göstərdiyi xidmətlərin keyfiyyətini daha da artırmaq məqsədi ilə öz istehsal sahəsində yenidənqurma işlərini başa çatdırıb.
Nəticədə istehsal xətti yenidən təşkil olunub, xidmətlərin çeşidini genişləndirən əlavə avadanlıqlar quraşdırılıb və təkmilləşdirilmiş iş şəraiti təmin olunub. Viktalik birləşmələrin hazırlanması, profil materialların kəsilməsi, qaynaq tillərin hazırlanması və sair üçün maşınlar şirkətin avadanlıq inventarını genişləndirib. Müasir avadanlıqlar daha yaxşı xidmət göstərməyə imkan verərir, həmçinin texniki imkanlar, xidmətin müddəti və onunla bağlı xərclər baxımından şirkəti bazarda fərqləndirir.
Müxtəlif tipli qaynaq növlərinin tətbiqi üçün müasir qaynaq masaları quraşdırılıb. Həmçinin, istehsal zəncirinin son halqası olan rənglənmə emalatxanası təmir olunaraq yenidən qurulmuş və bununla da boyama işinin keyfiyyətinin daha da artması təmin edilib.
SDL Nobel təhlükəsizlik standartlarına böyük əhəmiyyət verir. Yenidənqurma işlərinin nəticəsində işçilər üçün təhlükəsiz iş mühitin vacib amili olan havalandırma sisteminin təzələnməsi həyata keçirilib.
Bütün yeniliklər daha səmərəli və təhlükəsiz istehsalın təmin edilməsinə, eləcə də məhsuldarlığın artırılması və xərclərin azaldılmasına xidmət edir.
Yerli şirkət olaraq “SDL Nobel” öz sahəsində ən yüksək xidmətləri göstərmək və regionda iri beynəlxalq və yerli müştərilərin tələblərinə cavab vermək məqsədi ilə 2016-cı ildə yaradılıb. SDL Nobel özünün birgə sahibləri olan Nobel Oil Services (UK) Limited və SDL Denholm Limited şirkətlərinin qabaqcıl yerli və beynəlxalq təcrübəsindən yararlanır.
“SDL Nobel” neft-qaz sənayesində quruda və dənizdə metal konstruksiyaların istehsalı sahəsində ixtisaslaşmış şirkətdir. Onun xidmətlər dairəsinə metal konstruksiya, texniki avadanlıqlar və obyektlərin quraşdırılması, istehsal edilmiş materialların təftişi, istehsal edilmiş materialların təzyiq altında sınağı və digər xidmətlər daxildir.
Oxşar yazılar

"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24
Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən “FINTEX SUMMIT 2025” başa çatdı
25 iyun 2025 , 16:24