<span style="color:red;">(R)  “Mətanət A” 15 il: Uğurlu milli sahibkarlıq nümunəsi!
06 fevral 2015 09:30 (UTC +04:00)

(R) “Mətanət A” 15 il: Uğurlu milli sahibkarlıq nümunəsi!

2000-ci ildə əsası qoyulmuş və bu gün nəinki respublikamızda, eləcə də xarici ölkələrdə də böyük alıcı kütləsi qazanmış “Mətanət A” şirkəti milli sahibkarlıq nümunəsi olaraq respublikamızda fəaliyyətə başlayan ilk şirkətlərdəndir. Respublikada yerli sahibkarlıq subyektləri üçün yaradılmış əlverişli imkanlardan, iqtisadi infrastrukturdan tam bəhrələnərək fəaliyyətə başlayan “Mətanət A” şirkəti bu gün artıq 15 illik yubileyini qeyd etməkdədir.

 

Ölkəmizin iqtisadiyyat və iş dünyasının nüfuzlu simalarının, elm adamlarının və şirkət əməkdaşlarının qatıldığı yubiley tədbiri şirkətin 15 illik tarixini özündə əks etdirən sənədli filmin nümayişi ilə başladı. Daha sonra açılış nitqi ilə çıxış edən şirkətin prezidenti Elxan Bəşirov şirkətin yaradılması, zəngin tarixi haqqında, qarşıda duran məqsədlər və hədəflər, sahibkarlığa və özəl sektorun inkişafına göstərilən dövlət qayğısından bəhs etdi. Şirkətin qurulmasının 15-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə iştirak edən yerli və xarici qonaqlar da öz çıxışlarında “Mətanət A” şirkətinin milli və regional bazarlarda ölkəmizi uğurla təmsil etməsindən, milli sahibkarlıq nümunəsi kimi həyata keçirdiyi uğurlu fəaliyyətdən söz açmış,  şirkətin həyata keçirdiyi uğurlu biznes fəaliyyəti barəsində fikirlər səsləndirmişlər.

Daha sonra şirkətin 15 il ərzindəki fəaliyyətinin bütün sahələrini özündə əks etdirən “Mətanət A: 15 il” kitabının təqdimetmə mərasimi keçirilmişdir. Kitabda sahibkarlığa olan dövlət dəstəyi, şirkətin korporativ sosial məsuliyyət layihələri, etibarlı tərəfdaşlıq siyasəti, qloballaşma siyasəti eləcə də, şirkətin əldə etdiyi uğur və mükafatlar haqqında geniş məlumat yer almışdır.

Bir neçə dövlət qurumlarının, eləcə də bir çox müştəri və tərəfdaşların təltif edildiyi yubiley tədbiri daha sonra respublikanın tanınmış müğənnilərinin konsert proqramı ilə davam etmişdir.

Bu gün 1000-dən artıq məhsul çeşidinə, 200-dən artıq ticarət markasına, dünya üzrə patentləşdirilmiş çoxsaylı ixtiralara sahib olan və qloballaşan “Mətanət A” şirkəti nüfuzlu milli şirkətlərdən biri kimi gələcəkdə də bu fəaliyyətini böyük inam və yüksək templə davam etdirərək milli iqtisadiyyatımızın inkişafına öz tövhələrini verməkdə davam edəcəkdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 128
avatar

Oxşar yazılar