[b]“Brent” nefti kəskin bahalaşdı[/b]
16 noyabr 2016 00:21 (UTC +04:00)

[b]“Brent” nefti kəskin bahalaşdı[/b]

0

Ötən gün axşam saatlarında dünya birjalarında neftin qiyməti qalxmaqda davam edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  “Brent” markalı neft WTI neftinin ardınca 5 faizdən çox  bahalaşıb.

 

Bakı vaxtı ilə 23.19-a qeydə alınmış göstəricilərə əsasən, “Brent” markalı neftin 1 barelinin dəyəri isə 5,02 faiz artaraq 46,66 dollar olub. WTI neftinin qiyməti 1 barelə görə 5,22 faiz artaraq 45,58 dollar təşkil edib.

 

Qeyd edək ki, neftin bahalaşmasına səbəb OPEK və təşkilata üzv olmayan digər ölkələr arasında neft hasilatının məhdudlaşdırılmasına dair sazişin əldə olunmasına ümid verən məlumatların yayılması olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 445

Oxşar yazılar