"Xarici borcumuz ümumdaxili məhsulumuzun 10 faizindən azdır" - İlham Əliyev
22 may 2023 17:41 (UTC +04:00)

"Xarici borcumuz ümumdaxili məhsulumuzun 10 faizindən azdır" - İlham Əliyev

Azərbaycan iqtisadiyyatı təbii sərvətlərə əsaslansa da, indi əsas hədəf diversifikasiyadır.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu mayın 22-də Vilnüsdə Litva-Azərbaycan Biznes Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

“Düşünürəm ki, biz iqtisadiyyatımızı geniş şəkildə şaxələndirə və enerji sektorundan asılılığı azalda biləcəyik, baxmayaraq ki, enerji sektoru bizim enerji təhlükəsizliyimiz üçün, Avropanın enerji təhlükəsizliyi üçün vacib rol oynamağa davam edəcək”, - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın sabit milli valyutası var və bu belə qalacaq: “Bizim çox aşağı xarici borcumuz var, bu bizim ümumdaxili məhsulumuzun 10 faizindən azdır. Bizim stabil milli valyutamız var, 10 ildən çoxdur ki, stabildir və əminəm ki, stabil olaraq qalacaq. Çünki bizim beynəlxalq ticarət dövriyyəmizdə nəzərəçarpan müsbət saldo var və Dövlət Neft Fondumuzda və Milli Bank rezervlərimizdə topladığımız valyuta ehtiyatlarımız bizim xarici borcumuzdan 10 dəfə çoxdur. Beləliklə, bizim iqtisadiyyatımızın stabilliyi regional iqtisadi əməkdaşlıq və investisiya mühiti üçün vacib faktordur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356
avatar

Oxşar yazılar