Sosial şəbəkələrdə tez-tez çatdırılma şirkətlərinin tez sına bilən şüşə və keramika məmulatlarının olduğu bağlamaları problemlə çatdırması barədə şikayətlər oxuyuruq. Şikayət qruplarındakı bu tip mesajlarda xüsusilə cehizlik əşyaların, hədiyyəlik bağlamaların, yemək və çay servislərinin sındığı qeyd olunur. Üstəlik, əksər karqo şirkətləri də müştərilərin bu tip narazılığına əhəmiyyət vermir və məhsulun dəyişdirilməsi üçün geri göndərilməsi və ya kompensasiya ödənilməsindən imtina edir.
Karqo şirkətləri əksər hallarda məhsulların onlara təhvil verilərəkən sınıq olduğunu bildirirlər. Onlar bağlamanın daxilindəki məhsula görə məsuliyyət daşımadıqlarını qeyd edirlər, bunun sifarişin edildiyi şirkətin problem olduğunu deyirlər.
Doğrudan da, karqo şirkətləri məhsulun etibarlı və güvənli daşınmasına görə məsuliyyət daşıyırlar. Bağlamanın içindəki məhsulun ölçüsü, rəngi, keyfiyyəti ilə bağlı suallar bu şirkətlərə ünvanlanmamalıdır.
Lakin tez sına bilən məhsullarla bağlı vəziyyət bir az başqadır. Burda problemlər əksərən daşıma zamanı ortaya çıxır və uzun, bir neçə mərhələli daşımalarda güvənli qablaşdırılmayan məhsullar sına bilir.
Bəs bu cür məhsulların daşınması necə həyata keçirilməlidir?
Azərbaycanın məşhur sürətli poçtdaşıma şirkətlərindən olan Limak şirkətinin müştəri xidmətləri meneceri Hüseyn Talıbov lent.az-a bildirib ki, Limak öz müştəriləri üçün şüşə və keramik materilalardan hazırlanmış tez sına bilən məhsulları xüsusi zəmanətlə çatdırır: “Limak tez sına bilən məhsullardan ibarət bağlamaları daha güvənli və zəmanətlə çatdırmaq üçün xidmət yaradıb. Limak şirkətinin Türkiyə anbarında tez sına bilən şüşə və keramika məmulatlarından ibarət əşyaların güvənli qablaşdırılması üçün xüsusi bölmə yaratmışıq. Qırılma təhlükəsi olan sifarişlər artıq müştərilərimizə xüsusi zəmanətlə çatdırılır”.
Limak şirkətinin nümayəndəsi onu da bildirib ki, çatdırılmasında xüsusi diqqət tələb olunan, sına bilən məhsulların olduğu bağlamalar xarici anbarın xüsusi bölməsində təkrar qablaşdırılır, yalnız bundan sonra xüsusi daşınma ilə bu bölməni tərk edir: “Tez sına bilən məhsulların olduğu bağlamaları Limak əməkdaşları ayrıca qəbul edir, daha sonra bu bağlamalar yenidən daha güvənli və uzun yola davamlı şəkildə qablaşdırılır. Yalnız bundan sonra Limak tez sına bilən məhsulların olduğu bağlamaların xüsusi vasitələrlə daşınmasını həyata keçirir”.
Limak tez sına bilən məhsullar kateqoriyasına daxil olan bütün bağlamaları yenidən qablaşdırır: “Bu bağlamalar arasına yemək və çay dəstələri, şüşə və keramikadan olan süvenirlər, qablar daxildir”.
Limak şirkətindən onu da bildiriblər ki, onlar bu xidməti Türkiyədən "Sifariş et” xidmətləri vasitəsilə sifariş edən müştərilənn bağlamalarına tətbiq edirlər: “ Limak olaraq biz “sifariş et” xidmətimizdən istifadə edən və "sifariş verildi" statusuna malik olan bütün sına biləcək şüşə və keramik əşyaların olduğu bağlamaların güvənli çatdırılmasına zəmanət veririk”.
Limak nümayəndəsi onu da bildirib ki, əksər kargo şirkətlərinin sına bilən bağlamalarla bağlı qarantiya verməməsinə səbəb məhsulların təkrar qablaşdırılmasının həyata keçirlməməsidir: “Bu, əlavə xidmətdir və əlavə resurs, xərc tələb edir”.
Limak meneceri qeyd edib ki, əksər hallarda müştərilər məhsulları təhvil aldıqları anbarda yoxlamırlar: “Bağlamanın təhvil alınması zamanı yoxlanılmaması sonradan problemlərə səbəb olur. Buna görə də biz daim müştərilərimizə baölamalarl təhvil aldıqları ünvanda yoxlamalı olduqalrını bildiririk. Tez sına bilən məhsullarla bağlı isə bu yoxlama daha da aktualdır. Limakın tez sına bilən məhsulların olduğu bağlamalara verdiyi zəmanət də məhz sifarişlər təhvil alan zaman yerindəcə yoxlanıldığı, problemli, yəni qırıq və istifadəyə tam yararsız məhsul haqqında dərhal müştəri xidmətlərinə məlumat verildiyi təqdirdə aktual olur. Bağlama kuryerlə çatdırılanda isə yenə də kuryer əməkdaşımızın yanında yerindəcə yoxlanılmalı, problem olduğu halda, məlumat verilməlidir”.
Şirkət nümayəndəsi qeyd edib ki, sifarişin Limak tərəfindən daşınma zamanı qırılması təyin edildiyi təqdirdə məhsulun məbləği və çatdırılma ödənişi geri qaytarılır.