SİMA ilə kart sifarişləri daha da asanlaşdı!
17 aprel 2023 12:27 (UTC +04:00)

SİMA ilə kart sifarişləri daha da asanlaşdı!

ABB müştərilərin onlayn xidmətlərdən istifadə imkanlarını genişləndirmək üçün tərəfdaşlıq əlaqələrini inkişaf etdirir. Müştərilər ABB-nin debet kartlarını indi SİMA ilə də sifariş edə bilərlər. Bu zaman kart sifarişi daha da asan və sürətli keçir. Bunun əsas üstünlüyü odur ki, SİMA imza həlli ilə müqavilələrin imzalanması zamanı əlavə məlumatlar daxil etməyə gərək qalmır. Müştərinin əlavə sənədlər imzalamasına da ehtiyac olmur. İstənilən debet kartını saniyələr içində sifariş etmək mümkün olur.

SİMA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı bulud əsaslı yeni nəsil rəqəmsal imzadır. Bu rəqəmsal imza üztanıma texnologiyası əsasında çalışır. SİMA artıq bir neçə aydır ki, ABB mobile tətbiqində aktivdir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644
avatar

Oxşar yazılar