“Shokki Mokki” COP29-da “Məktəbim” layihəsi ilə təmsil olunur
16 noyabr 2024 10:19 (UTC +04:00)

“Shokki Mokki” COP29-da “Məktəbim” layihəsi ilə təmsil olunur

Sevilən uşaq markası “Shokki Mokki” daim sosial layihələrə dəstək verir. Xüsusilə təhsil sahəsində həyata keçirdiyi layihələri ilə seçilən marka 2 ildən artıqdır ki, UAFA təşkilatı ilə birlikdə “Məktəbim” layihəsini reallaşdırır. Layihə BMT-nin Dayanıqlı İnkişaf məqsədləri arasında keyfiyyətli təhsil məqsədini əsas tutaraq təhsildə bərabərsizliyi aradan qaldırmaq üçün həyata keçirilir. Bugünədək 1500-dən artıq uşaq məktəbəqədər təhsilə cəlb olunub. Layihə eyni zamanda qadınlar arasında sahibkarlığın da inkişafına dəstək olur. Belə ki, paytaxt və regionlardan 70-dən çox xanım layihəyə qoşulub.

Qeyd edək ki, “Shokki Mokki” təhsildə dayanıqlı inkişafı dəstəkləmək məqsədi ilə bu mövzuda videolar hazırladıb. Həmçinin bu istiqamətdə panel müzakirələri təşkil edəcək. Həm videolarla tanış olmaq,

“Məktəbim” layihəsi haqqında geniş məlumat əldə etmək və panel müzakirələrinə qoşulmaq üçün Yaşıl zonada yerləşən “Azərsun Holdinq” pavilyonuna yaxınlaşmağınız tövsiyə edilir.

Siz də “Shokki Mokki” məhsullarını əldə etməklə təhsildə dayanıqlı inkişafın təmin olunmasına dəstək ola bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564
avatar

Oxşar yazılar