Marketlərdəki politilen torbalar bu günə qədər bizə havayı verilirdi? - İqtisadçıdan CAVAB
15 fevral 2023 15:16 (UTC +04:00)

Marketlərdəki politilen torbalar bu günə qədər bizə havayı verilirdi? - İqtisadçıdan CAVAB

“Elə bilirdiniz ki, marketlərdəki politilen torbalar bu günə qədər sizə havayı verilirdi?
Xeyr, elə şey yoxdur. Marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyiniz torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür”. 

Lent.az-ın xəbərinə görə bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib.

“Maya dəyərinə nələrin daxil olduğuna baxın: Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər məsrəflər daxildir”,- deyən iqtisadçı əlavə edib ki, torbanın xərci də nəzərə alınırdı.

“İndi bu xərci sadəcə çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə tullamasınlar. Torbalar nisbətən ekoloji tələblərə uyğun olsun, insanlar da daha səmərəli istifadə etsin. 

Əlqərəz, bu günə qədər torbanın qiyməti çek üzərində yazılmadığına görə elə bilirdik ki, market sahibi cibindən bizə politilen torba alır. Xeyr, elə şey yoxdur. Sadəlövh olmayın. Bu dünyada yalnız valideynin övladına olan məhəbbəti havayıdır, qalan heç nə havayı deyil”,- deyə o bildirib.

Eldəniz Əmirov həmçinin bu gündən etibarən sellofan torbalar üçün alınan məbləğin ödəniş qəbzində əks olunacağını da qeyd edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Oxşar yazılar