Koronavirus pandemiyası ABŞ iqtisadiyyatına  14 trilyon   zərər vurub
19 may 2023 00:52 (UTC +04:00)

Koronavirus pandemiyası ABŞ iqtisadiyyatına 14 trilyon zərər vurub

Koronavirus pandemiyasının ABŞ iqtisadiyyatına vurduğu iqtisadi zərər hazırda təxminən 14 trilyon dollar qiymətləndirilir.

Lent.az bildirir ki, ABŞ-ın “Los Angeles Times” qəzetinin öz hesablamalarına istinadən məlumatına görə, 2020-ci ildən 2023-cü ilə qədər təkcə vətəndaşlara lazımi tibbi xidmətin göstərilməsi ilə bağlı birbaşa xərclər təxminən 214 milyard dollar təşkil edib.

“2020-ci ildən 2023-cü ilə qədər ABŞ-ın xalis iqtisadi nəticəsi təxminən 103 trilyon dollar təşkil edəcək. Təhlillərimizə görə, pandemiya olmasaydı, bu rəqəm 2020-ci ildə inflyasiyaya uyğunlaşdırılmış dollarda təxminən 14 faiz artaraq 117 trilyon dollar civarında olardı. Bu dövrdə əsasən xəstəxanaya yerləşdirmə ilə bağlı birbaşa səhiyyə xərcləri təxminən 214 milyard dollar təşkil edib”, - materialda vurğulanır.

Eyni zamanda, səhiyyə xərclərinin həcmi ABŞ-da ölüm nisbətindən asılı olaraq dəyişə bilər. 2020-ci ilin yanvarından 2022-ci ilin iyununa qədər 65 min vətəndaşın öldüyünü nəzərdə tutan ən optimist ssenaridə xərclər təqribən 20 milyard dollar təşkil edəcək, ən pis halda (insan itkiləri - təxminən 2 milyon) bu rəqəm 365 milyard dollara qədər artacaq.
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692
avatar

Oxşar yazılar