Keçmiş nazirdən ETİRAF: Sanksiyalar Rusiya iqtisadiyyatını tamamilə  məhv edib
18 may 2023 15:24 (UTC +04:00)

Keçmiş nazirdən ETİRAF: Sanksiyalar Rusiya iqtisadiyyatını tamamilə məhv edib

Rusiyanın keçmiş iqtisadiyyat naziri Andrey Neçayev Rusiya iqtisadiyyatında Qərbin sanksiyalarının tətbiqi nəticəsində yaranmış çətin vəziyyətdən narahatlığını ifadə edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, Yekaterinburq şəhərində keçirilən maliyyə forumunda çıxışında ölkənin ciddi çətinliklər içində olduğunu qeyd edib.

O vurğulayıb ki, problem təkcə ölkənin çətinliklərlə üzləşməsində deyil, həm də maliyyə böhranı zamanı hakimiyyətin aktiv addımlar atmamasındadır.

Neçayevin sözlərinə görə, əsas problemlərdən biri Rusiya bazarını tərk etmiş “McDonald's” kimi şirkətləri əvəz etməyin çətinliyidir. O qeyd edib ki, onların məhsullarını digər oxşar məhsullarla əvəz etmək mümkündür, lakin yüksək texnologiyalı məhsulları əvəz etmək xeyli çətindir.

İqtisadçı Rusiyanın güclü iqtisadi böhranla üzləşəcəyini proqnozlaşdırır. O qeyd edib ki, il ərzində ölkənin kəsiri maliyyələşdirmək üçün kifayət qədər ehtiyatları olacaq, lakin sonra kreditlər üçün müraciət etməli olacaq. Bundan əlavə, ölkə kütləvi mühacirət, kapitalın xaricə qaçması və neft və qaz gəlirlərinin azalması ilə üzləşib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1857
avatar

Oxşar yazılar