İnflyasiyanın  ən yüksək   olduğu ölkələr - SİYAHI
10 aprel 2023 15:02 (UTC +04:00)

İnflyasiyanın ən yüksək olduğu ölkələr - SİYAHI

Dünyada qiymət artımı səviyyəsi üzrə inflyasiyanın ən yüksək olduğu ölkələr açıqlanıb.
 
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, illik ifadədə ən yüksək inflyasiya Livan (190 faiz) və Argentinada (102,5 faiz) qeydə alınıb. Bir ay əvvəl 230 faiz inflyasiya ilə reytinqin lideri olan Zimbabve fevralda 92,3 faizdən üçüncü yerə düşüb. Beş "anti-lider" həmçinin 63,3 faiz ilə Sudan və 58 faiz ilə Surinam olub.
 
Qışın sonunda Avropada maksimum inflyasiya göstəriciləri Moldovada (25,9), Macarıstanda (25,4) və Ukraynada (24,9 faiz), ən aşağı göstərici isə 3,4 faiz ilə İsveçrə və Lixtenşteyndə olub. Yaxın Şərqdə qiymət artımında liderlər Livan, Türkiyə (55,2 faiz) və Misir (31,9 faiz) olub, ən təvazökar inflyasiya isə 1,9 faiz ilə Omanda olub.
 
Asiya ölkələri arasında qiymətlərdə ötən ilin eyni dövrü ilə müqayisədə ən çox bahalaşma Şri-Lanka (53,6), Laos (41,3) və Pakistanda (31,5 faiz) olub. Fevralda Çində regionda və dünyada ən aşağı inflyasiyanı qeydə alıb - cəmi 1 faiz. Eyni zamanda, qışın sonunda planetdə deflyasiya olan ölkələr qalmayıb.
 
Ümumilikdə, dünya ölkələrinin yarısında fevralda 8,7 faizdən yuxarı qiymət artımı qeydə alınıb.
 
Araşdırma BMT-yə üzv olan 193 ölkənin milli statistika xidmətlərinin məlumatları əsasında aparılıb.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418
avatar

Oxşar yazılar