Gürcüstanın maşın bazarlarında avtomobillərin qiyməti bahalaşıb.
Lent.az xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil İdxalçıları Assosiasiyadan bildiriblər.
Məlumata görə, bahalaşmaya səbəb logistika xərclərinin artmasıdır.
Hesablamalara görə, indi bir avtomobilin istər yük maşınları ilə, istərsə də gəmilərlə Gürcüstana idxalı 15 faiz baha başa gəlir.
Assosiasiyadan bildirilib ki, avtomobillərə tələb var, amma qiymət artımı qaçılmazdır.