"Qatar Airways" milli aviaşirkəti AirlineRatings tərəfindən 2024-cü ildə dünyanın ən yaxşı aviaşirkəti seçilib. Bu barədə xidmətin rəsmi saytında bildirilir.
Beləliklə, Qətər aviaşirkəti əvvəlki liderləri, o cümlədən "Air New Zealand", "Korean Air", "Cathay Pacific Airways" və "Emirates" şirkətlərini geridə qoyub. "AirlineRatings"in baş redaktoru Cefri Tomas, "Obyektiv təhlilimizdə "Qatar Airways" bir çox əsas istiqamətlərdə birinci yerdə qərarlaşıb" dedi.
Qatar Airways-dən sonra reytinqlər aşağıdakı kimi olub: "Korean Air", "Cathay Pacific Airways", "Air New Zealand", "Emirates", "Air France/KLM", "All Nippon Airways", "Etihad Airways", "Qantas", "Virgin Australia/Atlantic", "Vietnam Airlines", "Singapore Airlines", "Eva Air", "Tap Portugal", JAL, "Finnair", "Hawaiian", "Alaska Airlines", "Lufthansa/Swiss", "Turkish Airlines", "Iga Group" (British Airways and Iberia), "Air Canada", "Delta Air Lines", "United Airlines" və "American Airlines".