Planetin ən varlı adamı olan 74 yaşlı fransız iş adamı Bernar Arno bir gündə 11,2 milyard dollar itirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, çünki investorlar Amerikanın iqtisadi problemlərinin dəbdəbəli mallara tələbatın kəskin azalmasına səbəb olacağından qorxurlar.
Bernar Arno uzun müddətdir ki, “Louis Vuitton” çantaları, “Moet & Chandon” şampanları və “Christian Dior” paltarları kimi nüfuzlu brendlərin daxil olduğu dünyaca məşhur LVMH korporasiyasının sahibidir. Və il boyu milyarderin sərvəti artıb, çünki lüks mallar istehsal edən şirkətlərin səhmlərinin dəyəri yüksəlib. Amma dünən, mayın 23-də Paris birjasında LVMH-nin səhmləri 5 faiz dəyər itirib və bu, ən böyük eniş olub, nəticədə Avropa sektoru təxminən 30 milyard dollar itirib.
Arno 2023-cü ildə hesabına daha 29,5 milyard dollar əlavə etdiyi üçün, fransız milyarder “Bloomberg”ə görə hələ də 191,6 milyard dollar sərvətin var.