Dünyada  ən yüksək inflyasiyanın   olduğu ölkələr – SİYAHI
23 fevral 2023 18:37 (UTC +04:00)

Dünyada ən yüksək inflyasiyanın olduğu ölkələr – SİYAHI

2022-ci ilin nəticələrinə görə,  Zimbabve dünyada ən yüksək inflyasiya (243,8 faiz) olan ölkədir.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu göstərici üzrə liderlər arasında Venesuela (234 faiz) və Livan (122 faiz) var. Türkiyə altıncı (64,3 faiz) olub.

Avropa ölkələrindən 17 ölkə ilk 50-likdə yer alıb. Ən çox inflyasiya Moldovada (30,2 faiz), Ukraynada (26,6 faiz), Macarıstanda (24,5 faiz), Litvada (21,7 faiz) və Latviyada (20,8 faiz) sürətlənib.

Rusiya 11,9 faiz göstərici ilə 52-cı sıradadır. Rusiyanın qonşuları arasında qiymət artımının ən yüksək templəri Qazaxıstan (20,3 faiz), Qırğızıstan (14,7 faiz) və Azərbaycanda (13,9 faiz) qeydə alınıb. Belarus və Özbəkistanda inflyasiya müvafiq olaraq 12,8 və 12,3 faiz təşkil edib.

Ən aşağı inflyasiya Çində (1,8 faiz) olub. 2022-ci ildə dünyada deflyasiya olan yeganə ölkə qiymətlərin 11,6 faiz ucuzlaşdığı Cənubi Sudan olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2130
avatar

Oxşar yazılar