Dünya iqtisadiyyatı üçün  üç əsas risk   AÇIQLANDI
18 yanvar 2023 01:37 (UTC +04:00)

Dünya iqtisadiyyatı üçün üç əsas risk AÇIQLANDI

Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı analitiklər dünya iqtisadiyyat üçün əsas üç problemi qeyd ediblər: inflyasiya, makroiqtisadi qeyri-sabitlik və geosiyasi münaqişələr. 

Lent.az bildirir ki, bu barədə “Bloomberg” yazıb.

İqtisadçılar və şirkər top menecerləri də bu il qlobal tənəzzül riskini ehtimal edirlər. Rəhbər və menecerlərin təxminən 73 faizi qlobal iqtisadi artımın 2023-cü ildə yavaşlayacağına əmindir. Təxminən 40 faiz əmindir ki, onların təşkilatları biznes modelini dəyişdirməsələr, on ildən sonra iqtisadi cəhətdən səmərəli olmayacaqlar.

Digər iqtisadçılar hesab edirlər ki, əsas təhlükə yaşayış dəyərinin artmasıdır. Onlar həmçinin inflyasiya, ticarət müharibələri, kapitalın inkişaf etməkdə olan bazarlardan qaçması, sosial iğtişaşlar, geosiyasi qarşıdurma və nüvə müharibəsi təhlükəsini qeyd ediblər.
Yeni çağırışlara yüksək borc səviyyələri, aşağı iqtisadi artımın və qlobal investisiyaların başlanğıcı dövrü və iqlim dəyişikliyinin təsirlərinin artan təzyiqi daxildir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar