Bakıdan Tbilisiyə uçan təyyarə tufana görə...
02 iyun 2023 23:31 (UTC +04:00)

Bakıdan Tbilisiyə uçan təyyarə tufana görə...

AZAL QSC-nin tərkibinə daxil olan "Buta Airways" aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Lent.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib

Qeyd olunub ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (tufan) olub.

Təyyarə yerli vaxtı ilə saat 23:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

# 1602
avatar

Oxşar yazılar