16-17 fevral tarixlərində Baku Marriott Boulevard Hoteldə Türkiyə Cumhuriyyəti Tarım və Orman Bakanlığının tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və AGRO TV Azərbaycanın təşkilatçılığı ilə “International Agro Business Forum–2023” forum-sərgi keçiriləcək.
Lent.az xəbər verir ki, sərginin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması, Azərbaycan və Türkiyə KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də xidmət və məhsullarının tanıtdırılması, aqro sahədə olan yeniliklər haqqında sahibkarların maarifləndirilməsi, yeni istehsal sahələri və istehsalın məhsuldarlığının artırılması üçün şəbəkələşmənin qurulmasıdır.
Forum-sərgidə Azərbaycan, Türkiyə, İsrail, Rusiya Federasiyası, Almaniya, Fransa, Pakistan, Özbəkistan, Qazaxıstan, Macarıstan ölkələrindən 100-dən artıq iş adamının iştirakı gözlənilir.
1300 kvadrat metrlik sahəni əhatə edəcək forum sərginin Davos formatında keçiriləcək forum hissəsində 250 nəfər izləyicinin iştirakı nəzərdə tutulub. Sərgi hissəsində isə 40-dan çox aqro sahəsində fəaliyyət göstərən türk və azərbaycan şirkətləri öz məhsullarını və xidmətlərini təqdim edəcəklər.
7 paneldən ibarət “International Agro Business Forum–2023” forum-sərgisində B2B, B2C və B2G görüşlər keçiriləcək.
İştirak etmək istəyənlərin qeydiyyatdan keçməsi mütləqdir!
Yer icarə etmək istəyənlər üçün qeydiyyat linki: https://bit.ly/stend_reservation
Ziyarətçi qismində iştirak etmək istəyənlər üçün qeydiyyat linki: https://bit.ly/abf_registration