Bakı Enerji Həftəsi gələn həftə başlayacaq
24 may 2023 16:19 (UTC +04:00)

Bakı Enerji Həftəsi gələn həftə başlayacaq

Bu gün Xəzər regionunun ən nüfuzlu enerji tədbiri olan Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Lent.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov, “Iteca Caspian” şirkətinin satış üzrə direktoru Orxan Əhmədov, “Iteca Caspian” şirkətinin layihə rəhbəri Aynurə Nəzərli, “Iteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyeva iştirak edib.

Mətbuat konfransında kütləvi informasiya vasitələrinin nümayəndələri və sərgilərin təşkilat komitəsinin üzvləri də iştirak edib.

31 may-3 iyun tarixlərində Bakı şəhəri üç mötəbər tədbiri bir ad altında birləşdirən Bakı Enerji Həftəsinə ev sahibliyi edəcək. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 28-ci Bakı Enerji Forumu keçiriləcək. “Caspian Oil&Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, Bakı Enerji Forumu isə ekoloji konseptdə inşa edilmiş Bakı Konqres Mərkəzində keçiriləcək.

Bakı Enerji Həftəsinə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) rəsmi dəstək göstərir.

Bakı Enerji Həftəsi çərçivəsində keçiriləcək tədbirlərdə 37 ölkədən 326 şirkət iştirakını təsdiq etmişdir. Tədbirdə təmsil olunacaq ölkələr Azərbaycanla yanaşı, Amerika Birləşmiş Ştatları, Almaniya, Avrstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tayland, Türkiyə, Vyetnam və Yaponiyadır.

Bakı Enerji Həftəsinin nüfuzunu və yüksək statusunu onun sponsorlarının genişlənən tərkibi də təsdiqləyir. Baş sponsoru SOCAR olan Bakı Enerji Həftəsinin sponsorları: Abu Dhabi Port, ACWA Power, Ansaldo Energia, AZEL SYSTEMS, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, bp, Caspian Drilling Company, Caspian Marine Services, Equinor, EP Absheron, Intertek, Global Energy Azerbaijan, GL, Inpex, KOLIN Construction, MASDAR, Tekfen, Total Energies, Turkish Petroleum, Uniper, Ural Steel şirkətləridir. Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində Boston Consulting Group çıxış edir. BMW brendini təmsil edən Improtex Motors şirkəti isə forumda yeni elektrik avtomobil modelini təqdim edəcək.

Tədbirin təşkilatçısı Iteca Caspian, Caspian Event Oraganisers şirkətləri və onların beynəlxalq tərəfdaşları - ICA Events, CEM FZ LLC şirkətləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Oxşar yazılar