"Azərişıq" ASC-nin əməkdaşları qeyri-sabit hava şəraitində fəaliyyətlərini davam etdirir.
Lent.az-a ASC-dən verilən məlumata görə, qarlı, şaxtalı havada elektrik enerjisinin verilişində yaranan qəzalar aradan qaldırılır. Xüsusilə ucqar dağ kəndlərində işlərin çətinliyinə baxmayaraq, qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir.
Onu da qeyd edək ki, öncədən bütün ərazilərə əlavə mal-material göndərilib və maşın-mexanizmləri cəlb edilib.