“Azercell”in təşəbbüsü ilə yaradılan qaynar xəttin 6 aylıq nəticələri açıqlandı
25 yanvar 2023 18:03 (UTC +04:00)

“Azercell”in təşəbbüsü ilə yaradılan qaynar xəttin 6 aylıq nəticələri açıqlandı

Ötən ilin iyun ayında "Azercell"in təşəbbüsü ilə fəaliyyətə başlayan “Qadın Qaynar Xətti” çətin həyat şəraitində olan və ya şiddətlə üzləşən qız və qadınlara günün istənilən vaxtında dəstək verir.

Şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, qaynar xəttin yarımillik hesabatına əsasən mərkəzə edilən müraciətlərin 50%-dən çoxu ailədaxili problemlər, psixoloji və fiziki zorakılıqla bağlı olub. Digər zənglər hüquqi yardım, ailimentlərin alınması, boşanma, sosial-maddi rifah, səhiyyə hüququ kimi məsələlər və sığınacaqla təmin olunma ilə əlaqədar olub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyilə yaradılan mərkəz “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən idarə olunur.

“Ümidli Gələcək” İctimai Birliyinin xüsusi ixtisaslaşmış psixoloqları, sosial işçiləri və hüquqşünasları zəng edən xanımlara ilkin dəstək göstərir, zəruri hallarda müraciət müvafiq dövlət qurumlarına, icma əsaslı hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara və yerli QHT-lərə yönləndirilir. Statistikaya əsasən qaynar xəttə müraciət edən qadınların əksəriyyətinə psixoloji dəstək göstərilib, 23%-i hüquqi yardım ilə təmin edilib, 19%-i müvafiq qurumlara yönləndirilib və 6%-i sığınacaqla təmin olunub.

Qaynar xətt ilə əlaqə saxlayan qadınlara aid məlumatların məxfi saxlanılmasına xüsusi diqqət ayrılır və yalnız onların öz razılığı əsasında hər hansı məlumat müvafiq təşkilat və ya qurumlara ötürülür.

“Qadın Qaynar Xətti” dəstəyə ehtiyacı olan bütün qız və qadınları 116111 qısa nömrəsi vasitəsilə mərkəz ilə əlaqə saxlamağa çağırır!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770
avatar

Oxşar yazılar