Azərbaycanda 913 min manatlıq cekpot uduldu:  TARİXİ UDUŞ   - VİDEO
28 fevral 2023 22:10 (UTC +04:00)

Azərbaycanda 913 min manatlıq cekpot uduldu: TARİXİ UDUŞ - VİDEO

Azərbaycanda lotereya tarixində ən böyük uduş qazanılıb.

Lent.az xəbər verir ki, tarixi uduş Azərbaycanın qanuni lotereya təşkilatçısı “Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi “4+4” tirajlı lotereyasının 27 fevralda keçirilən 23091 nömrəli tirajında qeydə alınıb. Şanslı qalib bir biletlə 913 072 manatlıq cekpota sahib olub.

Həftədə 4 dəfə keçirilən “4+4” oyununun növbəti tirajında cekpot məbləği 500 000 manat olacaq. Cekpot qazanmaq üçün A və B sıraları üzrə 1-dən 20-yədək olan rəqəmlərin (4+4) biletdəki variantla üst-üstə düşməsi yetərlidir.

Qeyd edək ki, tirajlı lotereyalar hər gün 19:45-də “Xəzər TV”, eləcə də “Azərlotereya TV” YouTube kanalında canlı yayımda keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3993
avatar

Oxşar yazılar