“Rosselxoznadzor”un Sverdlovsk mərkəzinin laboratoriyası təhlükəli bakteriyaya yoluxmuş kartof aşkar edib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, PCR Tədqiqat Departamentinin mütəxəssisləri nümunələrdən birində kartof “Clavibacter michiganensis subsp”nin bakterial halqa çürüyünün patogenini aşkar ediblər.
Bu patogen bir sıra ölkələrdə geniş yayılıb və hətta karantindədir. Rusiya Federasiyasında, müayinə olunan məhsulalrın demək olar ki, yarısında gizli formada mövcuddur.
Halqa çürüməsinin mövcudluğunda, kartof istehsalçıları məhsulun 45 faizə qədər itkiyə məruz qalırlar.
Kök yumrularda çürük damar hissəsinin zədələnməsi şəklində özünü göstərir, sıxıldıqda açıq sarımtıl bir kütlə görünür, qəhvəyi ləkələr və qabığın çatlaması meydana gələ bilər.
Xəstə kök yumruları əkilən zaman zədələnmənin ilk əlamətləri çiçəkləmə zamanı başlayır və gövdələrin solması ilə özünü göstərir. Sonradan yarpaqlarda qəhvəyi ləkələr əmələ gəlir.
Xəstəlik törədici Sverdlovsk vilayətində yetişdirilən və Azərbaycana ixrac üçün nəzərdə tutulan kartofda aşkar edilib. İndi partiyanın çatdırılması baş tutmayacaq.