Lüksemburq ən sərfəli benzinə malik ölkələr arasında birinci yerdədir.
Lent.az bildirir ki, “RİA Novosti”nin reytinqinə görə, bu dövlətin sakinləri orta əmək haqqı ilə 2,5 min litrdən çox yanacaq ala bilərlər.
İkinci yerdə sakinlərin demək olar ki, 2000 litr almağa imkanı olan İrlandiyadır. İlk beşliyə Norveç, Böyük Britaniya və Hollandiya da daxil olub.
Sonuncu yeri 455 litr yanacaq göstəricisi ilə Macarıstan tutub. Ən ucuz benzin Qazaxıstandadır, burada 95 benzinin bir litrinin qiyməti 0,76 manat təşkil edir.