Avrozonada istehlak qiymətləri aprel ayında illik müqayisədə 7,5 faiz artıb.
Lent.az Avropa İttifaqı Statistika İdarəsinin ilkin məlumatlarına istinadən xəbər verir ki, bu, hesablamalar tarixində mütləq rekorddur.
İnflyasiya sürətlənib, martda 7,4 faiz təşkil edib. İnflyasiya Avropa Mərkəzi Bankının hədəfini üç dəfədən çox üstələyir.
Bu tendensiya, artım tempinin 38 faizə (martda 44,4 faizlə müqayisədə) azalmasına baxmayaraq, ilk növbədə enerji daşıyıcılarının qiymətinin artması ilə bağlıdır.
Ərzaq, spirt və tütün 6,5 faiz bahalaşıb (bir ay əvvəlki 5 faizə qarşı). Xidmətlərin dəyəri 3,3 faiz yüksəlib (martda 2,7 faiz olub).
Ərzaq və enerji xaric qiymətlərdə aprel ayı üçün 3,5 faiz illik artıb müşahidə edilib.
Son 12 ayda ən aşağı inflyasiya Malta (4,5 faiz), Fransa (5,1 faiz) və Portuqaliyada (5,5 faiz), ən yüksək inflyasiya Litva (15,6 faiz), Estoniya (14,8 faiz) və Çexiyada (11,9 faiz) qeydə alınıb.