SOCAR "Azəriqaz" İB-nin bölgələrdə təşkil etdiyi "Səyyar qəbul otağı"nın növbəti ünvanı Xızı rayonu olub.
Lent.az xəbər verir ki, ilk olaraq Xaçmaz RQİİ-nin rəisi Azər Abasov çıxış edərək aksiyanı açıq elan edib.
Daha sonra mikrofon önünə sahibkarlar çıxaraq müraciətlərini ünvanlayıblar. Sahibkarları narahat edən məsələlərə gəlincə bunlar fermanın və obyektin qazlaşdırılması, sayğacın, həmçinin də qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub.
KOBİA-nın nümayəndəsinin iştirakı ilə keçirilən aksiyada sakinlərə də müraciətlərini ünvanlamaq üçün şərait yaradılıb. Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.
Ətraflı videomaterialda: