Karantin rejimini asanlaşdıran əsas amil budur... - EKSPERT
21 iyun 2020 19:56 (UTC +04:00)

Karantin rejimini asanlaşdıran əsas amil budur... - EKSPERT

Ölkədə mayın 11-dək tətbiq olunan karantin rejimində əksər sahələr öz fəaliyyətini evdən onlayn qaydada davam etdirdilər. Bundan əvvəl isə onsuz da onlayn ticarət, kompüter xidmətləri və s. işlər yerindən asılı olmayaraq həyata keçirilə bilirdi. Görəsən, başqa hansı işlər onlayn qaydada yerinə yetirilə bilər?

İqtisadçı ekspert Pərviz Heydərov Lent.az-a onlayn işləməyin informasiya texnologiyalarının inkişafından asılı olduğunu söyləyib:

“Karantin dövrü rəqəmsal dünyanın nə qədər inkişaf etdiyini bir daha sübut etdi. Karantin rejiminin tətbiqini asanlaşdıran amillərdən biri də məhz rəqəmsal dövrdə yaşamağımızdır. İnformasiya texnologiyalarının həyatımıza daha sürətlə və geniş daxil olması bilavasitə iş yerinə getmədən onlayn fəaliyyət göstərməyimizə əlverişli şərait yaradır. Məsələn, bütövlükdə olmasa da, jurnalistika fəaliyyətinin böyük hissəsini onlayn qaydada yerinə yetirmək mümkündür. Bu da getdikcə daha çox labüd xarakter daşımaqdadır. Bundan əlavə, bir çox biznes, hesablama, mühasibatlıq, alış-veriş, ticarət və s işlərin də ev şəraitində həyata keçirilməsi realdır. İnformasiya texnologiyalarının imkanlarının genişlənməsi və həyatımıza daha geniş aspektdə daxil olması nəticəsində əməyin evdən yerinə yetirilməsi get-gedə daha da labüd xarakter daşıyır. Pandemiya ilə əlaqədar tətbiq olunan karantin rejimi isə bunun nə qədər real olduğunu sübuta yetirdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6847
avatar

Mehman Nəbiyev

Oxşar yazılar