2022-ci ildə  ən çox “yoxsullaşan”   rusiyalı milyarderin adı AÇIQLANDI
01 yanvar 2023 18:02 (UTC +04:00)

2022-ci ildə ən çox “yoxsullaşan” rusiyalı milyarderin adı AÇIQLANDI

Rusiyalı oliqarx Roman Abramoviçin sərvəti 2022-ci ildə 50 faizdən çox azalaraq 7,8 milyard dollar təşkil edib.

Lent.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edilir ki, bir il əvvəl onun sərvəti 18 milyard dollar qiymətləndirilirdi, o, “Bloomberg Billionaires Index”də 260-cı yerdə idi.

Ümumilikdə, Rusiya milyarderlərinin sərvəti il ərzində demək olar ki, 95 milyard dollar azalıb.
İş adamı Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyaları altındadır. Ötən il mayın sonunda Abramoviç Londonun “Çelsi” klubunun sahibi olmaqdan imtina edib, o, amerikalı iş adamları Todd Boeli və Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və “Clearlake Capital” investisiya şirkətinin daxil olduğu konsorsiuma keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4218
avatar

Oxşar yazılar