18 yaşlı italiyalı Klemente del Vekko 3,5 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyonçusu olub.
Lent.az bildirir ki, bu barədə Amerikanın “Forbes” nəşri məlumat yayıb.
Klemente dünyanın ən böyük eynək istehsalçısı olan “Luxottica”nın (Ray Ban brendinin sahibidir və “Chanel”, “Prada” və digər lüks brendlər üçün eynək çərçivələri istehsal edir) yaradıcısı Leonardo del Vekkonun yeddi övladının ən kiçiyidir.
Ən gənc milyarder olaraq o, 18 yaşında atasından biznesin bir hissəsini miras alan almaniyalı Kevin Devid Lehmannın yerinə keçib.
Leman ailəsi Almaniyanın dm-drogerie markt apteklər şəbəkəsinin sahibidir.
İtaliyanın ən varlı adamlarından biri Leonardo del Vekko 2022-ci ilin iyununda vəfat edib və geridə 25,5 milyard dollarlıq sərvət qoyub. Sahibkarın varisləri “Delfin” holdinqində pay alıblar, onun vasitəsilə iş adamı “Luxottica” və digər şirkətlərdə, o cümlədən İtaliyanın “Mediobanca” və “UniCredit” banklarında səhmlərə sahib idi.
Klemente del Vekkonun gələn ay 19 yaşı tamam olur. “Forbes”də onun mərhum atanın biznesinin idarə olunmasında iştirak edib-etməməsi barədə məlumat yoxdur.
Ümumilikdə, 30 yaşdan kiçik milyarderlərin “Forbes” reytinqində üç vergüllə sərvəti olan 15 nəfər olduğu ortaya çıxıb. Onların ümumi kapitalı 64 milyard dollar təşkil edir ki, bu da bir il əvvəlkindən 10 milyard çoxdur. 15 nəfərdən yalnız dördü öz sərvətini qazanıb. Qalanları kapitalı miras yolu ilə alıb, “Red Bull”un 49 faiz payına sahib olan 30 yaşlı Mark Mateşitz də siyahıya başçılıq edir. Onun sərvəti 34,7 milyard dollar qiymətləndirilir.
Belə bir gənc yaşda belə məbləğlərə sahib olmaq olduqca nadirdir. 15 zəngin gənc dünyanın 2640 milyarderinin cəmi 0,6 faizini təşkil edir. Planetin ən varlı adamlarının çoxu o dövrün iş adamlarıdır. Orta hesabla “Forbes” milyarderinin 65 yaşı var, ən yaşlısı isə bu il 102 yaşı tamam olan sığorta maqnatı Corc Cozefdir.