“Azərikimya”da istehsalat proseslərinin elektron versiyası yaradılır
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, yaradılacaq versiyalarda istehsalat proseslərinin rejimi, texnoloji ardıcıllığı, ilkin xammal və reagentlərin tərkibi, onların nisbəti və s. məsələlər elektron formatda öz əksini tapacaq.
Bu addım mövcud istehsalat sahələrinin müasir tələblər baxımından yenidən qurulmasının, mütərəqqi texnologiyaların tətbiqinin qarşıya ciddi bir vəzifə kimi qoyulduğu “Azərikimya”da yaxın perspektiv üçün nəzərdə tutulmuş tədbirlərdən biri kimi mühüm əhəmiyyət kəsb edir. Elektron versiyanın hazırlanması ilə əlaqədar İstehsalat Birliyində iki xüsusi işçi qrup yaradılıb.
Qruplar müasir informasiya texnologiyalarının imkanlarından istifadə edərək, mövcud istehsalatların ilkin layihə və sxemlərinin kompüter variantlarının, habelə müəssisələrdə mövcud olan istehsalat sahələrinin yaxın perspektivdə genişləndirilməsi, rekonstruksiyası, mütərəqqi texnologiyaların tətbiqi ilə bağlı layihələrin hazırlanması ilə məşğul olacaq.
İlkin olaraq Etilen-polietilen zavodunun “EP-300” istehsalatı üçün belə bir versiyanın yaradılması üzrə işə başlanılıb. Bu mərhələdə həmin istehsalatın bütün avadanlıq və cihazlarını dəqiq əks etdirən texnoloji sxemlərin elektron versiyası işlənərək, kompüterə köçürülür. Aparılan işlər zamanı qurğu, mexanizm və cihazların əsas parametrləri nəzərə alınmaqla onların tam pasportlaşdırılmasına xüsusi diqqət yetirilir. İkinci mərhələdə isə “EP-300” istehsalatının fəaliyyət dövründə layihə və sxemlərdə, mexanizm və avadanlıqlarda, onların müxtəlif qovşaqlarında aparılmış dəyişikliklər, təkmilləşmə və yeniləşmələr elektron versiyaya daxil ediləcək.
Versiyada mexanizm, avadanlıq və cihazlar xüsusi fərqləndirmə nişanı ilə işarə olunur. Həmin nişanların - “işartı-gözcüklər”in aktivləşdirilməsi onların hər birinin parametrləri, mövcud vəziyyəti, təmirə nə dərəcədə ehtiyacı olduğu, baş verə biləcək nasazlıqlar və s. barədə məlumatı əldə etməyə imkan verəcək.

724