İqtisadi İnkişaf Nazirliyinin kollegiyası toplandı
Oktyabrın 21-də İqtisadi İnkişaf Nazirliyində kollegiyanın geniş iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, kollegiyada Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının tapşırıqlarına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyi tərəfindən görüləcək işlər müzakirə edilib. İclasda ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması və sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və prioritet istiqamətlər, yeyinti məhsullarının Avropa İttifaqına ixracı ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr, vətəndaşların müraciətlərinə baxılması işinin və Elektron İdarəetmə Sisteminin tətbiqi vəziyyətindən danışılıb.
İclası yekunlaşdıran iqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib. Toplantıda prezident İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasındakı çıxışından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması barədə qərar qəbul edilib.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34