İsveç Yanğınsöndürmə Briqadasının nümayəndə heyəti Bakıya səfər edib
Oktyabrın 17-dən 22-dək İsveç Yanğınsöndürmə Briqadasının nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının iş fəaliyyəti ilə tanış olmaq və qurumlararası səviyyədə təbii fəlakətlərə və texnogen qəzalara hazırlıq üzrə qarşılıqlı təcrübənin öyrənilməsi məqsədi ilə Bakı şəhərində səfərdə olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər zamanı nümayəndə heyəti FHN-nin strukturuna daxil olan Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Xəzər Hövzə Qəza-xilasetmə Xidməti və Nazirliyin Akademiyasının fəaliyyəti ilə tanış olublar.
Eyni zamanda, səfər çərçivəsində isveçli nümayəndələrlə fövqəladə hallar nazirinin müavini general-mayor Etibar Mirzəyev arasında görüş keçirilib. Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparılıb.

751